Gürcüstanda son günlər bütün yanacaq növlərinin qiymətlərində artım qeydə alınıb. SİA bu barədə rus mətbuatına istinad edir.
Hazırda Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 2,94 laridən 3,17 lariyədək dəyişir.
On gün bundan əvvəl “Regular 92” markalı benzinin orta qiyməti 2,82 lari olub. Bu gün isə bu növ benzin 2,94 lariyə satılıb. “Super” markalı benzin isə əvvəllər 3,10 lariyə təklif edildiyi halda indi avtomobil sahiblərinə 3,17 lariyə satılır.
Ölkədə maye qazın (LPG) qiyməti də artıb. Əvvəlcə 1,9 lariyə satılan LPG indi 2 lariyə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB