“Forum ölkənin potensialını tanıtmaq baxımından vacibdir” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Forum ölkənin potensialını tanıtmaq baxımından vacibdir” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

Qlobal Bakı Forumu Azərbaycanın potensialını, eyni zamanda imkanlarını tanıtmaq və bütövlükdə Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından vacib tədbirlərdən biridir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, nəzərə alsaq ki, artıq yeni düzən formalaşıb və 44 günlük müharibədən sonra əldə etdiyimiz zəfərdən sonra yeni formalaşan düzən, eyni zamanda çağırışlara uyğun olaraq beynəlxalq forumların keçirilməsi və bu reallıqların təqdim olunması olduqca vacibdir.

“Yeni çağırışlara uyğun olaraq, bu forum Azərbaycan həqiqətlərinin təqdim olunmasına və eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin təqdim olunması imkan yaradacaq. Ona görə də bu forum bir tərəfdən beynəlxalq ictimaiyyətə Azərbaycanın daha yaxından, daha geniş təqdimatına imkan yaradır, digər tərəfdən həmin forum vasitəsi ilə müzakirələrin diskusiyasının təşkil edilməsinə və bütövlükdə gələcəkdə həyata keçiriləcək fəaliyyətlərin də məhz müzakirəli formasında əlaqələndirilməsinə imkan yaradır. O baxımdan, bu, Azərbaycan üçün vacib tədbirlərdən biri olaraq Azərbaycanın potensialını, gücünü göstərən beynəlxalq forumlardan biri kimi xarakterizə olunmalıdır”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə