Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 86,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır. Bu barədə xəbər verən SİA-nın məlumatına görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə