Dövlət Neft Fondundan büdcəyə köçürmələr 4,2 faiz artacaq

2022-ci ildə Azərbaycan Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri 12,71 milyard manat təşkil edəcək.

SİA-nın məlumatına görə, bu barədə "2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanun layihəsində deyilir.

Transfertlərin həcminin 2021-ci illə müqayisədə 4,2 faiz artması gözlənilir.

Qeyd edək ki, 2021-ci ildə Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri 12,2 milyard manat həcmində gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...