Qırğızıstanla nəqliyyat sahəsində saziş imzalanacaq

Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində hökumətlərarası saziş imzalamağı planlaşdırır.

Bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev deyib.

O bildirib ki, Qırğızıstanın Nəqliyyat və Kommunikasiyalar Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı beynəlxalq avtomobil və hava əlaqəsi barədə hökumətlərarası saziş layihələri, Bakı-Bişkek aviareysinin bərpası, eləcə də nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub:

"Eyni zamanda biz avtomobil nəqliyyatı ilə ikitərəfli tranzit daşımalarına icazə blanklarına tətbiq olunan kvotanın artırılması, Azərbaycan tərəfi ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə etmişik".

Səfir əlavə edib ki, bu cür əməkdaşlıq mexanizminin Azərbaycan və Qırğızıstanın digər strukturları arasında da yaradılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...