Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Oktyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,43 faiz – 35,609.34 bəndədək enib, S&P 500 indeksi 0,37 faiz – 4,536.19 bəndədək yüksəlib, Nasdaq indeksi isə 0,05 faiz – 15,121.68 bəndədək enib.

SİA "APA -Economics"in məlumatına istinad edir. Avropa fond bazarlarında oktyabrın 20-də FTSE 100 indeksi 0,08 faiz – 7,223.10 bəndədək, Fransanın CAC-40 indeksi 0,54 faiz – 6,705.61 bəndədək, Almaniyanın DAX indeksi isə 0,05 faiz – 15,522.92 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03 faiz artaraq 1 785,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02 faiz artaraq 1,1651 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə