Avropada təbii qaz qiymətləri sentyabrın əvvəlindən üç dəfədən çox, 2021-ci ilin əvvəlindən isə doqquz dəfə artıb.
Rekord həddə yüksək qiymətlər iqtisadiyyatın bərpası və hava şəraiti ilə bağlı artan tələbatla, mayeləşdirilmiş təbii qaz uğrunda Asiya ilə rəqabətlə və Avropanın qaz tədarükünün üçdə bir hissəsini təmin edən “Qazprom” tərəfindən təklifin məhdudlaşdırılması ilə əlaqədardır. Hazırda Avropada müşahidə olunan qaz böhranı marşrutların və tədarük mənbələrinin şaxələndirilməsinin vacibliyini bir daha göstərir. İndiki şəraitdə nəhəng “Şahdəniz” yatağından qazın nəql olunduğu “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi daha da aktuallaşır.
Niderlandın VEROCY konslatinq şirkətinin rəhbəri, siyasi risklər və energetika məsələləri üzrə ekspert Siril Viddershoven bildirib ki, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi alqışlanan addımdır, çünki Avropanın tədarükün artırılmasında ehtiyacı var:
“Hətta Əlcəzair və Norveçdən boru kəməri qazının əlavə tədarükü, ya da Misirdən mayeləşdirilmiş təbii qaz idxalı da tələbatı tam qarşılamır. “Cənub Qaz Dəhlizi”nin əsas töhfəsi Avropaya ümumi qaz tədarükünün şaxələndirilməsidir ki, bu da Avropa İttifaqının enerji təchizatı təhlükəsizliyinin təmin olunması strategiyasına uyğundur. “Cənub Qaz Dəhlizi” bu məsələdə vacib rol oynaya bilər və oynamalıdır. Diqqəti “Cənub Qaz Dəhlizi” ilə tədarükün artırılmasına yönəltmək lazımdır. Belə ki, Yaşıl enerji sazişi və ya Aİ-nin istənilən enerji strategiyası çərçivəsində atılan addımlardan asılı olmayaraq yaxın onilliklər ərzində təbii qaz təkcə Aİ-nin enerji təhlükəsizliyində deyil, həm də sənayedə xammal kimi vacib rol oynayacaq. Təbii qaz tədarükü yalnız istilik və ya elektrik enerjisi istehsalı üçün deyil, eləcə də gübrə, kimyəvi maddə və plastik kütlə istehsalı kimi sahələr üçün nəzərdə tutulub”.
Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren öz növbəsində Trend-ə deyib ki, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi Avropa üçün maraqlı variantdır, amma vacib ilkin şərt mövcuddur: Avropa ölkələri təbii qazın Avropanın enerji balansında ortamüddətli və uzunmüddətli gələcəyi barəsində dəqiq mövqe nümayiş etdirməlidir:
“Avropa İttifaqında təbii qazın istehlakı ilə bağlı debatlar aparılır. Bəzi siyasətçilər bildirir ki, bu, qazıntı yanacağıdır və Aİ istehlakı azaltmalı, uzunmüddətli perspektivdə isə bu enerji mənbəyinin istifadəsini dayandırmalıdır. Digərləri vurğulayır ki, təbii qaz neftdən və kömürdən daha az karbon qazı buraxır və ona görə də Avropa təmiz enerjiyə keçid dövründə daha çox təbii qaz istehlak etməlidir. Aİ və üzv ölkələrinin debatlarının nəticələrindən asılı olmayaraq, təbii qaz bu gün vacib enerji mənbəyidir. Avropa tədarükün azalması və daha yüksək qiymətlərlə üzləşməkdədir. Qaz qiymətlərinin artımı 2020-ci ilin resessiyasından sonrakı güclü iqtisadi artımla, Avropada qışadək ehtiyatların doldurulmas zərurəti, Rusiyadan tədarükün azalması və mayeləşdirilmiş təbii qaz üçün Asiya bazarlarının cəlbediciliy ilə əlaqədardır”.
F.Perren əlavə edib ki, bu vəziyyət Aİ-yə qaz tədarükünün şaxələndirilməsinin nə qədər vacib olduğunu göstərir:
“Bu şaxələndirməni qlobal miqyasda nəzərdən keçirmək lazımdır: tədarükçü ölkələrin, tədarükçü şirkətlərin, idxal marşrutlarının, eləcə də boru kəməri ilə nəql olunan qazın və tankerlələr daşınan mayeləşdirilmiş təbii qazın şaxələndirilməsi. Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlinə imkan verən “Cənub Qaz Dəhlizi” bu qlobal yanaşmanın bir hissəsidir və Aİ-yə qaz tədarükünün təhlükəsizliyinə vacib töhfə verir”.
İtaliyanın energetika, şəbəkələr və ətraf mühit sahələrində tənzimləyici qurumunun (ARERA) idarə heyətinin üzvü Stefano Salya bildirib ki, "Cənub Qaz Dəhlizi" vasitəsilə idxalın artırılması digər mənbələrdən alınan qazın tədarükündə yarana biləcək fasilələr zamanı Avropanın böhrandan çıxışını yüngülləşdirəcək. Onun sözlərinə görə, Avropadakı hazırkı qaz böhranı açıq göstərir ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi düzgün seçim idi.
Azərbaycan qazının Avropaya tədarükü 2020-ci ilin sonunda “Cənub Qaz Dəhlizi”nin işə salınması ilə başlayıb. TAP vasitəsilə ildə səkkiz milyard kubmetr qaz İtaliyaya və hərəyə bir milyard kubmetr qaz Yunanıstan və Bolqarıstana nəql olunacaq. Bugünədək TAP üzrə qaz tədarükü beş milyard kubmetri ötüb. Boru kəmərinin buraxılış gücü ildə 20 milyard kubmetrədək artırıla bilər. TAP-ın buraxılış gücünün genişləndirilməsi barədə qərar hər iki ildən bir keçirilən bazar sınaqlarının nəticələrindən asılı olaraq qəbul edilir. Bu il iyulun 12-də TAP konsorsiumu bazar sınağı elan edib. Bu proses vasitəsilə tədarükçülər boru kəmərinin buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılması ilə bağlı təkliflərini irəli sürə bilər.
Trans-Adriatik qaz kəmərinin ixrac coğrafiyası bir sıra interkonnektorlar hesabına genişləndirilə bilər:
Yunanıstan-Bolqarıstan interkonnektoreu (IGB)
IGB layihəsi Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Boru kəmərinin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və 5 milyard kubmetrədək çatdırıla bilər.
İon-Adriatik boru kəməri (IAP)
IAP qazın bir sıra Cənub-Şərqi Avropa ölkələrinə nəqli üçün TAP-a qoşula bilər.
516 kilometr uzunluğunda boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək, son nöqtəsi isə Xorvatiya olacaq. IAP-ın buraxılış gücü ildə beş milyard kubmetr təşkil edəcək.
BRUA (Bolqarıstan - Rumıniya - Macarıstan - Avstriya)
BRUA Rumıniya-Bolqarıstan interkonnektoru ilə birgə “Cənub Qaz Dəhlizi”, Mərkəzi Avropa və Balkanlar arasında vacib halqanı təşkil edir. Boru kəməri təbii qazın regional səviyyədə müxtəlif mənbələrdən, o cümlədən Xəzər regionundan nəql üçün yeni marşrut yaradacaq.
Serbiya-Bolqarıstan qaz kəməri (Nis-Dimitrovqrad)
Bu il Serbiya Bolqarıstana qaz kəmərinin tikintisinə başlayacaq. Bunun 2023-cü ildə istismara verilməsi gözlənilir. Bu interkonnektor sayəsində Serbiya “Cənub Qaz Dəhlizi” də daxil olmaqla digər potensial tədarükçülərə qoşula bilər.
Şimali Makedoniya-Yunanıstan interkonnektoru
Boru kəməri Salonikinin Nea Misimvriya rayonundan başlayıb Şimali Makedoniyanın Ştip şəhərinədək davam edəcək. Boru kəməri sərhəddə Evzoni yaşayış məntəqəsinin yaxınlığında qazpaylayıcı stansiyadan TAP birləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



