Əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlanıb - STATİSTİKA
2021-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4 faiz artaraq 14602,5 milyon manat olub. SİA xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 7428,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 7173,8 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB