"Gələcək illərdə Azərbaycan heç bir iqtisadi böhranla qarşılaşmayacaq" - İQTİSADÇI-EKSPERT AÇIQLADI

"Gələcək illərdə Azərbaycan heç bir iqtisadi böhranla qarşılaşmayacaq" - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Bu gün dünya ölkələri COVİD-19 pandemiyasına qarşı mübarizə aparır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.

Onun sözlərinə görə, bu mübarizə iki istiqamətdə gedir: “Həm səhiyyə istiqamətində, həm də iqtisadi istiqamətdə. Azərbaycan isə hər iki istiqamətdə koronavirus pandemiyasına qarşı mübarizə aparmaqdadır. Bu gün biz Azərbaycanda hər hansı bir iqtisadi böhranı görmürük. Təbii ki, bunun əsas səbəbi dövlətin iqtisadiyyatı tənzim etməsi, qabaqcıl tədbirlər görməsidir. Əgər, biz əsas iqtisadi göstəricilərə nəzər salsaq, görərik ki, bu gün Azərbaycan ümumdaxili məhsul həcminə görə, Cənubi Qafqaz regionunda liderdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti koronavirus pandemiyası dönəmində sahibkarların az zərər görməsi üçün də ciddi tədbirlər görüb. Müəyyən maliyyə dəstəklərinin olması sahibkarlıq subyektlərinə onların vəziyyətlərinin yaxşılaşdırılması ilə nəticələnib. Bu da birbaşa olaraq dövlətin iqtisadiyyatı tənzim etməsini göstərir".

Aslan Əzimzadə həmçinin qeyd edib ki, hansı ölkələrdə ki, dövlət birbaşa olaraq iqtisadiyyatı tənzim edir və pandemiya dövründə iqtisadiyyatın dirçəlməsi üçün qabaqcıl tədbirlər görürsə, bu tədbirlərin də faiz dərəcəsi nə qədər çoxdursa, həmin ölkələr də bu pandemiyadan ən uğurlu şəkildə çıxan ölkələr olacaqdır: “Düşünürəm ki, gələcək illərdə Azərbaycan heç bir iqtisadi böhranla qarşılaşmayacaq. Xüsusən qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda pul kütləsinin artmasına potensial var. Bu potensial daha da inkişaf edəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə