Böyük qayıdış üçün görülən addımlar davam edir İQTİSADÇI AÇIQLADI

Böyük qayıdış üçün görülən addımlar davam edir İQTİSADÇI AÇIQLADI

"Bu il işğaldan azad olunan ərazilərimizə böyük qayıdışın təmin olunması üçün, ilk növbədə, orada abadlıq və quruculuq işlərinin görülməsinə ehtiyac var". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

İqtisadçı vurğulayıb ki, birinci il dövlət büdcəsindən 2,2 milyard manatlıq vəsait ayrılıb: "Bu vəsait təbii olaraq bu işlərin görülməsi üçün kifayət etməyəcəkdir. Minalardan təmizlənmə işlərinin aparılması, sülh müqaviləsinin hələ də imzalanmaması, Ermənistanla danışıqların və siyasi gərginliyin davam etməsi səbəbindən Qarabağda quruculuq işləri üçün daha çox vəsaitin ayrılmasına ehtiyac yoxdur. Hazırda 2,2 milyardlıq vəsait kifayət edir ki, bu işlər Qarabağda görülsün. Qarabağda böyük qayıdışın təmin edilməsi istərsə də iqtisadi renteqrasiyanın təmin olunması üçün, ilk növbədə, yeni infrastruktur yaradılmalı, bərpa edilməli və yenidən qurulmalıdır. Dövlətin işğaldan azad olmuş ərazilərdə infrastruktur sahələrinin bərpasına və yenidən qurulması istiqamətində görüləcək işlər yolların çəkilməsi logistik fəaliyyətin təmin olunmasını, həm Zəfər yolunun, həm də digər yolların çəkilməsi bilavasitə yol infrastrukturunun yaradılmasına xidmət edir. Yol infrastruktrunun çəkilməsi ona görə önəmlidir ki, yol infrastrukturu infrastrukturlar arasında bir bölgənin inkişafı üçün bir nömrəli sahədir. Digər bir sahə isə enerji təminatının həyata keçirilməsidir. Buna görə də enerji-elektirik infrastrukturunun yaradılması zərurəti yaranır. Bu baxımdan da biz görürük ki, Araz çayı üzərində olan Xudafərin və digər su qovşaqlarının hidroloji stansiyaların yaradılması, elektirik stansiyalarının İranla razılaşdırılmış şəkildə işlərin görülməsi məhs buna xidmət edir. Eləcə də Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə də su elektrik stansiyalarının yaradılması ilə bağlı müəyyən işlərə başlanılıb. Müəyyən işlər perspektivdə nəzərdə tutulub. Ümumilikdə nəzərə alsaq ki, bu ərazilər də mövcud su ehtiyatları kifayət qədər çoxdur. Burada respublikada təxminən dörddə biri yəni 25 faizini təşkil edir. Bu statistika onu deməyə əsas verir ki, məhz bu ərazilərdə su elektrik stansiyalarının yaradılma potensialı çoxdur. Su elektrik stansiyaları, eyni zamanda, yaşıl enerji hesablanmış bərpa olunacaq enerjilərdən hesab olunur. Buna görə də məhz enerji təminatının həyata keçirilməsi üçün kifayət qədər imkanlar var idi. Dövlətdə bu imkanlardan istifadə edir. Deməli, bu ərazilərdə dövlət investisiya layihələri həyata keçirir. Xarici şirkətlər də bu investorların həyata keçirilməsində yaxından iştirak edirlər. Hava limanları bu ərazilərdə logistik fəaliyyətin təmin edilməsi, eyni zamanda, hərbi məqsədlər üçün istifadə olunması və beynəlxalq yükdaşımalar həyata keçirməsi, turizm sahəsində istifadə edilməsi baxımından fəaliyyət sahələrini özündə cəmləmiş üç hava limanın inşasına başlanılıb. Laçın, Füzuli və Zəngilan hava limanları bu istiqamətdə olduqca əlverişlidir. Bu hava limanlarının perspektivdə istifadəsi çox genişdir. Zəngilanda yerləşmiş hava limanı sayəsində Zəngəzur dəhlizinin perspektivləri daha da artmış olacaq. Bir növ Zəngəzur dəhlizi nəqliyyat yükü nəzərdə tutulan dəhliz olacaq. Zəngilan aeroportu Şərqi Zəngəzur iqtisadi rayonun daxilindədir. Başqa sözlə, Zəngəzur dəhlizinin həm potensialından istifadə edəcək, həm də nəqliyyat qovşağının hava nəqliyyatı olaraq tərkib elementi kimi çıxış edəcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə