İşğaldan azad olunan torpaqlarımızda surətlə bərpa-quruculuq işləri aparılır - MƏQALƏ
Rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir. Biz bu Böyük Qələbəyə igid oğullarımızın qanı, canı bahasına, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti sayəsində nail olduq. Azadlığa qovuşan hər bir qarış torpağımıza qovuşmaq həsrətinin bitməsinə artıq cox az qalıb. Bunun üçün hər bir şəraitin qurulması üçün dövlət başçımız və bu yolda onu heç vaxt tək buraxmayan xanımı Mehriban xanım Əliyeva mütəmadi olaraq Qarabağın yaxın rayonlarına səfərlər edir və azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur–nəqliyyat layihələrinin icrasına nəzarət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında səfər etdilər. Bu səfərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr etdilər. Ömər aşırımından keçərək Kəlbəcərə getdilər, hansı ki, bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Bu tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Vətənimizin hər guşəsi gözəldir, eləcə də Kəlbəcərin çox füsunkar təbiəti var - dağlar, dərələr, meşələr. Erməni oz vəhşi xislətini burda da göstərərək Kəlbəcəri tərk edərkən bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bütün bunlar bizi nə qədər məyus etsə də quruculuq işlərinin belə sürətli və əzmkarlıqla aparılması bizi Böyük Qayıdışa daha da ruhlandırır. Dövlətimizin başçısı və Birinci vitse-prezident Toğanali-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdi. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqli olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-ci kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdag zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərəalınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdag silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamətüzrə 2 hərəkət zolaqli və 12 metr enində olacaq. Dövlətimizin başçısı tunelin təməlini qoydu.
Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar-bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq. Azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyuldu. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verildi. Azad edilmiş torpaqlarda 3 hava limanı tikiləcək. Artıq Fizulidə və Zəngilanda bu işlərə start verildi. Fizuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Qeyd edim ki, Laçın rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Hava Limanin inşası həm də işgaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmmiyətə malik olan laçın aeroportu loqistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluqu 3 kilometr olacaq, hava limanında 6 təyyarə dayanacagının inşası nəzərdə tutulur. Bu hava limani Kəlbəcər rayonu ərazisinə hava nəqliyyati ilə gediş-gəlişi asanlaşdıracaq.
Ermənistan üzərindəki tarixi qələbəmizin uguru xalqın dövlət başçısına,uzun illər ərzində Ali Baş Komandanımızın formalaşdırdığı rəşadətli ordumuza olan inamı,etimadı idi. Digər bir cəhət isə Prezident-xalq birliyinin sıx vəhdəti. Sentyabrın 27-dən sonra biz bu həmrəyliyin daha da möhkəmləndiyinin şahidi olduq. Bu həmrəylik cəbhədə düşmənə qan udduran hərbçilərimizi də ruhlandırdı. ”Güc birlikdədir!” deyib atalar. Dövlətimizin başçısının da “Biz birlikdə güclüyük!” deməsi həmrəyliyə çağırış idi. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Ali Baş Komandanın əmri ilə, müzəffər ordumuz işğalçıları torpaqlarımızdan qovaraq Qələbə günü bizlərə yaşatdı. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Biz də vətəndaş olaraq bu yerlərin canlandırılmasında üzərimizə düşən vətəndaşlıq borcunu əsirgəməyəcəyik.
Nigar Talıbova
323 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB