Nursultan Nazarbayev yeni ölkələri AİB-ə qoşulmağa çağırdı
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev yeni ölkələrin daxil olması ilə Avrasiya İqtisadi Birliyinin (AİB) güclənməsinin lehinə danışıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Nazarbayev Qazaxıstanın paytaxtında Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb.
Görüş Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasından əvvəl baş tutub.
"Bu təşkilatın (AİB - red.) fəxri sədri olaraq bildirmək istəyirəm ki, təşkilatı gücləndirməliyik, başqa ölkələrin burada olmasına ehtiyacımız var, qonşularımız - Özbəkistan, Tacikistan və Türkmənistanla işləmək istəyirik”, - deyə Nazarbayev görüş zamanı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB