Dünyada sərnişin aviadaşımalarının həcmi 60,1 faiz azalıb

Dünyada sərnişin aviadaşımalarının həcmi 2020-ci ilin iyun ayında 2019-cu ilin iyun ayı il müqaisədə 60,1 faiz azalıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) dərc olunmuş press-relizində bildirilir.

Məlumata əsasən, 2021-ci ilin iyun ayında beynəlxalq sərnişin aviadaşımaları 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 80,9 faiz, daxili sərnişin aviadaşımaları isə 22,4 faiz azalıb.

Müəllif: Vahid İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə