Azərbaycanda taksi xidməti dünyada ən ucuzlardandır.
SİA bu barədə "Numbeo" məlumatlar bazasının reytinqinə istinadən məlumat verir.
Qeyd olunur ki, Azərbaycanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,44 dollar təşkil edir.
Taksi xidmətlərinin ən bahalı olduğu ölkə isə İsveçrədir. Burada bir kilometr məsafə üçün qiymət 4,15 dollar təşkil edir. Yaponiyada sərnişinlər bir kilometr üçün 3,63 dollar, Salvadorda isə 3 dollar təşkil edir.
MDB məkanında Özbəkistanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,2 dollar, Rusiyada 0,23, Qazaxıstanda 0,35 dollara bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB