"Yeni iqtisadi bölgü gələcəyə yönəlmiş ciddi siyasi, strateji qərardır" - EKSPERT AÇIQLADI
“Azərbaycan Respublikasında rayonların yeni iqtisadi bölgüsü haqqında Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman imzalayıb. Bu atılmış addım iqtisadi addımdır. Həmçinin, gələcəyə yönəlmiş ciddi siyasi, strateji qərardır. Yəni belə ki, daha öncə Azərbaycanda 10 iqtisadi rayon mövcud idisə, artıq bu say 14-ə çatıb. Bunun səbəbi onunla bağlıdır ki, operativ, strateji qərarların verilməsi hər hansı bir xırda elementlərə, bürokratik əngəllərə və yaxud da ümumiyyətlə, yerli operativlik çatışmamazlıq ucbatından dayanmasın”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə sovet hakimiyyətinin vaxtından iki iqtisadı rayon, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ mövcud idi: “Kəlbəcər-Laçın iqtisadi rayonu Azərbaycanın Zəngəzurla, yəni Ermənistan və İranla olan sərhəd zonası idi. Həmçinin, zəngin təbii ehtiyyatlara malik bir ərazi idi. Təbii ki, orada turizm imkanları genişdir. Həmin iqtisadi rayonun yenidən Şərqi Zəngəzur adlandırılaraq, Cəbrayıl ərazisində həmin iqtisadi rayona daxil edilməsi çox önəmli addımdır. Bildiyimiz kimi, həmin ərazidən Horadiz Zəngilan Ağbənd dəmir yol xətti keçəcək. Bu da çox strateji bir dəmiryol xəttidir ki, şərqlə qərbi özündə bağlayacaq. Yəni, Türkiyədən Mərkəzi Asiyaya qədər türk dövlətlərini birləşdirəcək. Bu baxımdan həmin ərazidə “Ağıllı kənd” layihələləri icra olunmağa başladı. Həmçinin, 2030-cu ilə qədər yaşıl enerji zonalarının olması planlaşdırılıb. Bu istiqamətdə bir çox qərarların gecikməməsi istiqamətində çox strateji və iqtisadi qərar idi”.
Ekspert sözlərinə belə davam edib: “Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Xocalı, Xocavənd rayonu, Xankəndi şəhəri və ətraf kəndləri rus sülhməramlılarının nəzarəti altında qaldı. Təbii ki, həmin o sülhməramlıların orada mövcudluğu 4 il müəyyən edilib. Düşünürəm ki, bu sinifləndirmə, həm də mərhələli və paralel şəkildə regional iqtisadi inkişafı təmin etmək xarakteri güdürdü. Bu tip sinifləndirmə ayrı-ayrı xarici investrların cəlb edilməsi üçün çox önəmli və stimul verici xarakter daşıyan addımdır. Eyni zamanda, ölkədə çevik və səmərəli iqtisadi siyasətin tətbiq edilməsini sürətləndirəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB