XX əsrin sonunda Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması tarixin xalqımıza bəxş etdiyi ən böyük töhfə, 44 günlük Qarabağ savaşında düşmən üzərində qələbəmiz isə ən böyük zəfərimizdir. Çünki məhz bu tarixi qələbə, bu şanlı zəfər dünya dövlətləri arasında öz mədəniyyəti, milli-mənəvi dəyərləri, iqtisadi inkişafı ilə seçilən Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu qələbənin təməlində yüksək siyasi bilik və bacarığa, vətəninə və dövlətinə sadiq prezident, onun arxasında dayanan möhkəm iradəli əzmkar xalq, yenilməz iqtisadi və hərbi hazırlıqla yanaşı, sonsuz vətən sevgisi ilə silahlanmış ordu vəhdəti dayanırdı. Elə ona görə də böyük qanlar, canlar bahasına başa gələn, xalqımızın birliyini və yenilməzliyini bütün dünyaya nümayiş etdirən qalibiyyətimiz qürur yerimizdir!
Möhtərəm Prezidentimizin mədəni, iqtisadi inkişafla bağlı qəbul etdiyi qərarlar, verdiyi göstərişlər sayəsində zəngin və qədim şəhərsalma mədəniyyətinə malik olan Azərbaycanda quruculuq işləri davam edir. İqtisadiyyatın ən mükəmməl qolu sayılan, ölkələri birləşdirən, xalqları bir- birinə yaxın edən, mədəniyyətləri qovuşduran yolların çəkilməsi bir daha buna sübutdur.
İlham Əliyev Ələt iqtisadi zonasının yaradılması ilə bağlı 2017-ci ildə sərəncam imzalamışdır və həmin sərəncama əsasən, 2018-ci ildə iqtisadi zonanın yaradılması ilə bağlı qanun qəbul edilmişdir. Bəs bu iqtisadi zonanın yaradılmasının başlıca səbəbi nədən ibarət idi? Bu zonanın yaradılmasında başlıca məqsəd, qeyri-neft sektorunun inkişafı, ona sərmayə qoyulması və məhz neft sektoru vasitəsi ilə Azərbaycan iqtisadiyyatının inkişaf perspektinin təmin edilməsidir.
Nə üçün azad iqtisadi zona məhz Ələtdə yaradılıb? İlk növbədə ona görə ki, cənab İlham Əliyevin öz müsahibələridə də dediyi kimi, Ələt ərazisində çox geniş boş torpaq sahələri var və bunların əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Ələt Bakı şəhərinə yaxındır, beynəlxalq liman burada yerləşir, Səngəçal terminalı burada yerləşir. Ən əsası isə beynəlxalq dəhlizlər, şərq-qərb dəhlizi, şimal-cənub dəhlizi bu ərazidən keçir. Həm iqtisadi, həm də nəqliyyat baxımından bura əlverişli bir ərazidir. Ona görə də də bura azad iqtisadi zona kimi seçilib. Azad iqtisadi zonanın inkişafı üçün bura çox böyük sərmayə qoyulması nəzərdə tutulur. Cənab İlham Əliyev öz çıxışlarında da qeyd edir ki, dünya bankının hesabatına görə, Azərbaycan 190 ölkə arasında iqtisadiyyatda aparılan islahatlara görə 28-ci yerə layiq görülmüşdür. Bu çox böyük bir göstəricidir. Azərbaycanın kadr potensialı da azad iqtisadi zonanın yaradılması üçün imkan yaradır. Çünki Azərbaycanda güclü kadır potensialı var. Bizim gənclərimiz xarici ölkələrdə yüksək kadırlı ixtisaslar kimi formalaşır və vətənə qayıdırlar. İstər neft sahəsində, istərsə də qeyri-neft sahəsində yüksək kadrlı mütəxəssis kimi çalışırlar. Bu kadr potensialı, azad iqtisasi zonaya investrların cəlb olunmasına, sərmayelərin qoyulmasına öz töhfəsini verəcəkdir.
Artıq Qarabağda böyük quruculuq işlərinin layihələri işlənilir. Yaxın gələcəkdə bu layihələr öz real əksini tapacaq, bütün bunlar Azədbaycan iqtisadiyyatının gücünü, yüksək potensiallı bir ölkənin nələrə qadir olduğunu və möhtərəm İlham Əliyevin bu işdə dönməzliyini və qətiyyətini göstərir. Bütün bu lahiyələrin yerinə yetirilməsi üçün, təbii ki, xarici investrların cəlb olunması vacibdir. Bu iqtisadi zonanın yaradılması, Azərbaycan iqtisadiyyatının inkşaf perspektivini təmin etmək baxımından növbəti uğurlu bir addımdır. Artıq bir il sonra, cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycanda tam başqa bir mənzərə yaranacaq.
Ülkər Əsgərxanlı
E.Əliyev adına 234 №–li tam orta məktəbin texnologiya müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB