Azərbaycanın bir çox region və ərazilərində yüksək səviyyəli, müasir tələblərə cavab verən otellər inşa edilərək istifadəyə verilib. Dünyada tanınmış və inkişaf etmiş böyük otel şəbəkələri artıq ölkəmizdə fəaliyyət göstərir və onların sayı durmadan artır. Müasir günümüzdə demək olar ki, ölkənin hər bölgəsində turistləri qarşılayacaq otellər vardır ki, bu da uğurlarımız sırasındadır. Vurğulamaq yerinə düşər ki, turizm sahəsi xidmət sektoru olmaqla bərabər, həm də iqtisadiyyatın əsas maliyyə mənbəyi kimi çıxış edir. Bu gün paytaxtımızda mövcud olan otellər sırasına daha biri də əlvə olundu. Bu "Courtyard by Marriott Baku" otelidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə otelin açılışı olub. Əlbəttə ki, ölkəmizdə müasir tələblərə cavab verən otellərin inşası Azərbaycanın iqtisadi gücünün təcəssümüdür. Yaxın günlərdə paytaxtımızda daha bir beşulduzlu otel "Intercontinental" oteli istifadəyə verildi. Bir neçə gün sonra "Courtyard by Marriott Baku" otelinin istfadəyə verilməsi dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, ölkəmizdə sosial-iqtisadi infrastruktur layihələrin icrasının davamlı olduğunu bir daha təsdiqləmiş oldu.
PAYTAXTIMIZDA DÜNYA BRENDLƏRİNƏ MƏXSUS OTELLƏR İSTİFADƏYƏ VERİLİR
Yeni açılışı olan "Courtyard by Marriott Baku" otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılaraq istifadəyə verilib ki, bu da ölkəmizdə qeyri-neft sektorunun inkişafında rol oynamaqla yanaşı, Bakının sosial-iqtisadi inkişafında əhəmiyyətə malikdir. Bu kimi yeni otellərin açılışı otelçilik biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər vermiş olur. Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib. Son illər Azərbaycanda dünya brendlərinə məxsus bu cür otellərin istifadəyə verilməsi ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, bölgənin iqtisadi mərkəzi sayılan Azərbaycanın turizm sahəsində də qabaqcıl sıralarda yer aldığını ehtiva edir.
Qeyd edək ki, dünyada maliyyə və iqtisadi çətinliklərin olduğu, pandemiyanın ciddi fəsadlar yaratdığı bir dövrdə Prezident İlham Əliyevin gələcəyə baxış konsepsiyası sayəsində ölkəmizdə heç bir sosial-iqtisadi layihə təxirə salınmadı. "Courtyard by Marriott Baku" oteli şəhərimizin görkəminə yeni bir rəng də əlavə edib. Bu otelin istifadəyə verilməsi Azərbaycan turizm sektoruna ayırdığı diqqətin nümunəsidir. Əlbəttə ki, otelçiliyin inkişafını şərtləndirən amillər sırasında bu ilk növbədə ölkəmizdə iqtisadi inkişafın göstəricisidir Azəraycanın, paytaxtımızın təbliği baxımından da əhəmiyyət kəsb edir. Ölkəmizin mətbəxi, adət-ənənələri baxımından da təqdirəlayiqdir.
Azərbaycanda otellərin sayının sürətlə artımı şəhərin qonaq qəbuletmə imkanlarını da genişləndirib. Bakı Bulvarında yerləşən beş ulduzlu "Hilton" oteli 309 otaqdan və 618 yerdən ibarətdir. Paytaxtın Badamdar qəsəbəsində yerləşən beş ulduzlu "Kempinski Badamdar" 280 otaq və 727 yerdən ibarətdir ki, bu da şəhərimizin ən aparıcı otelləri sırasında ön yerlərdən birini tutur. Beş ulduzlu "JW Marriott Absheron Baku Hotel"i qeyri-adi dizaynı və dəbdəbəsi ilə hər kəsi heyrətləndirir. Beş ulduzlu "Sheraton Baku Airport Hotel"i Bakıda Heydər Əliyev adına Hava Limanındadır. Nəhəngliyini hətta hava limanının fonunda qoruyub saxlayan "Sheraton Baku Airport Hotel" təyyarədən yenicə düşən və ya uçmağa hazırlaşan qonaqlar üçün ən münasib bir məkandır. Beş ulduzlu otellərdən olan "Park Hyatt Baku", "Jumeirah Bilgah Beach Hotel", "Hyatt Regency Baku" və digərləri hazırda Bakıda dünyanın bütün əsas otel şəbəkələrinin fəaliyyət göstərdiyini təsdiqləyir. Hər bir otel özünəməxsusluğu ilə seçildiyindən "Park Inn Baku" otelinin də xüsusi yeri var. Paytaxtın əsas otel sırasında olan "Park Inn Baku" 4 ulduzlu olsa da, rəqiblərindən geri qalmır. 4 ulduzlu otellər sırasında "Crescent Beach Hotel"in adı da var ki, bu otel 241 otaqdan və 261 yerdən ibarətdir.
REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI LAYİHƏLƏRİ ƏSASINDA İSTİFADƏYƏ VERİLƏN OTELLƏR MÜASİRLİYİ İLƏ SEÇİLİR
Paytaxtdan əlavə, bölgələrdə tikilən otellər də öz müasirliyi, gözəlliyi ilə seçilir. Belə ki, Azərbaycanın turizm mərkəzinə çevrilən Qəbələ şəhərində bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Təsüdüfi deyil ki, Qəbələ həm yaz-yay, həm də qışturizmi üçün ideal bölgə hesab edilir. "Qafqaz Tufandag Mountain Resort Hotel", "Qafqaz Sport Hotel", "Qafqaz Karvansaray Hotel", "Qafqaz Gabala City Hotel" və s. öz müasirliyi, dizayni, rahatlığı baxımından diqqətəlayiqdir. Regionların sosial-iqtisadi inkişafı layihələri çərçivəsində istifadəyə verilən turizm obyektləri sırasında Gəncədə "VEGO" , Naftalanda "Chinar Hotel & SPA Naftalan", "Naftalan Hotel by Rixos", "Qarabağ SPA and Resort", Qusarda "Şahdağ", "Pik Palas", Qaxda "El Resort", Tovuzda "Ayan Palace" otellərini, Şəmkirdə "Excelsior Hotel Shamkir", Şəkidə "Green Hill İnn" mehmanxanalarını və Şəkidə "Shaki Palace" otelini qeyd etmək olar ki, onların da hər biri müasirliyi ilə diqqət çəkir. Təbii ki, Azərbaycanda olan otellər qeyri-neft sektorunun, eləcə də turizmin inkişafına töhfə verir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB