Hazırda Avrasiya İqtisadi Birliyinin çörək sənayesi müəssisələri üçün hazırlanan yeni dövlətlərarası standartı Rusiya şirkətlərinin tənqidinə səbəb olmaqdadır. Məsələ bundadır ki, onlar bu yenilik sayəsində vergi imtiyazlarını itirəcəklərindən narahatdırlar. Bu barədə məlumat verən rusların “Kommersant” nəşrinin yazdığına görə bu çörək sənayesi müəssisələrinin maliyyə yükünü bütövlükdə 22 milyard rubl artıra bilər. Nəşrin qeyd etdiyi kimi, bu isə rusiyalı istehsalçıları qiymət itkisi ilə gəlir itkisini kompensasiya etməklə təhdid edir. SİA rus mətbuatına istinad edir.
Qeyd edək ki, yeni dövlətlərarası standart müəllifləri bunu ənənəvi çörəkçilik üsullarından istifadə edən böyük oyunçular lehinə inkişaf etdirdiklərini iddia edirlər.
Bu arada Federal Dövlət Statistika Xidməti Rusiya təkcə son həftədə istehlak qiymətlərində 0,12 faiz artım olduğunu bildirib. Onu da bildirək ki, ilin əvvəlindən bəri şimal qonşumuzdakı inflyasiya 3,89 faizə çatıb. Bundan əlavə, təkcə may ayında illik inflyasiya 5,5 faizdən 6 faizə qalxıb.
Yeri gəlmişkən bildirək ki, Rusiya hökuməti 2021-ci il üçün inflyasiya ilə bağlı rəsmi proqnozu 4,3, Mərkəzi Bank isə 4.7-5.2 faiz olacağını ehtimal edir.
Bu arada Rusiya Baş Naziri Mixail Mişustin Dövlət Dumasında bir məruzə ilə çıxış edərək, Rusiyada sosial əhəmiyyətli məhsulların qiymətlərinin kəskin artmasının səbəblərindən birini "fərdi istehsalçıların və pərakəndə şəbəkələrin xəsisliyi" adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB