İndiyədək 440 hektar sahənin taxılı biçilib

İndiyədək 440 hektar sahənin taxılı biçilib

Bu il Yardımlı rayonunda ümumilikdə 3602 hektar sahədə taxıl əkini aparılıb. Bunun 3092 hektarı buğda, 350 hektarı arpa, 120 hektarı çovdar, 40 hektarı isə vələmir sahəsidir. Yardımlı Rayon Statistika İdarəsindən SİA-ya verilən məlumata görə, indiyədək rayonda 640 hektar sahədə taxıl biçini aparılıb. Bunun 350 hektarını buğda, 200 hektarını arpa, 90 hektarını digər dənlilər təşkil edir.

Hazırda Yardımlıda taxıl yığımı kampaniyası davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə