Məmulatların idxalı azalıb

Cari ilin yanvar-may aylarında ölkəyə 205,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hesabat dövründə idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 289,9 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 439,4 milyon dollarlıq 379,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə