KOBİA beynəlxalq forumda təmsil olunub

ABŞ və Xəzər regionu arasında enerji, dayanıqlı inkişaf və sahibkarlıq məsələlərinin müzakirə olunduğu 5-ci İllik Transxəzər Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. KOBİA-dan SİA-ya bildirilib ki, forum çərçivəsində təşkil olunmuş "İnnovasiya və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi" mövzusunda paneldə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək qurumun dəstək və xidmətləri, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB-ların rəqəmsallaşdırılması və elektron ticarət, eləcə də forumda iştirak edən ölkələrlə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxlərinin, ekspertlərin iştirakı ilə keçirilmiş paneldə post-COVID dövründə innovasiya və sahibkarlıq sahəsində müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə