Lada avtomobilllərinin satışı rekord həcmdə artıb - STATİSTİKA

Lada avtomobilllərinin satışı rekord həcmdə artıb - STATİSTİKA

Rusiyalı avtomobil həvəskarları 2021-ci ilin may ayında 38,3 min yeni “Lada” avtomobili alıblar. Nəticədə “AVTOVAZ”-ın satışları 2020 ilə müqayisədə 2,5 dəfə artıb. Bu, rekord artım sayılır.

2021-ci ilin yanvarından mayına qədər olan dövrü götürsək şirkətin satışları keçən ilə nisbətən 1,5 dəfə artıb.

May ayında ən çox satılan 3 avtomobil ailəsi:

Granta - 12.9 min ədəd;

Vesta - 10,5 min ədəd;

Largus - 6.36 min ədəd.

TASS xəbərinə görə, tələbin artması ilə əlaqədar olaraq Avtovaz işçi heyətini artırmağı və Tolyattidəki zavodunda istehsalı artırmaq üçün 1,5 min nəfər işə götürməyi planlaşdırır.

AVTOVAZ rəhbərlərinin dediklərinə görə, avtomobil bazarına dəstək proqramı, əvvəlki modellə yanaşı yeni modellər “Largus” və “Niva Travel” avtomobillərin də satışını artırmağa kömək edib.

Qeyd edək ki, AVTOVAZ konserni son illərdə yeni dizaynda keyfiyyətli və müasir modelləri ilə avtomobil bazarında payını artırıb. Yeni Lada modellərinin ən müasir tələblərə cavab verməsi, keyfiyyətinin yaxşı olması, qiymətlərinin bütün digər rəqiblərindən ucuz olması, həmçinin servis və detallarının sərfəli olması cəhətdən müxtəlif ölkələrdə avtomobil həvəskarlarını cəlb edir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə