Milli Məclis DSMF-nin 2011-ci il büdcəsi haqqında qanun layihəsini təsdiqlədi
Milli Məclisdə \"Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il büdcəsi haqqında" qanuna dəyişikliklər barədə layihə müzakirə olunub. SİA-nın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
O bildirib ki, layihəyə əsasən, DSMF-nin 2011-ci il büdcəsinə 195 mln. manat həcmində vəsait əlavə olunacaq. Daha sonra çıxış edən DSMF sədri Səlim Müslümov qeyd edib ki, əlavə olunacaq vəsait pensiyaların sığorta hissəsinin artırılmasına yönəldiləcək. Onun sözlərinə görə, bu yaxınlarda "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik olunub. Bu dəyişikliklə 2006-cı il 1 yanvar tarixindən və 2010-cu il 1 yanvaradək pensiyaya çıxanların pensiyalarının yeni qaydalarla hesablanmasına başlanacaq. Bu dəyişikliyin həyata keçirilməsi üçün DSMF-yə 1 iyul tarixindən etibarən əlavə olaraq 195 mln. manat vəsait lazımdır.Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB