Roland Kobia: “Azərbaycanla enerji sahəsində düzgün əməkdaşlığımız var və inanırıq ki, bu əməkdaşlıq davam edəcək” - MÖVQE
Avropa İttifaqından Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin "Azərbaycan "Nabucco"ya qoşulmaya da bilər" açıqlamasına cavab gəlib. SİA-nın xəbərinə görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Rövnəq Abdullayevin açıqlamasının Azərbaycanın yekun qərarı olmadığını deyib: "Biz hazırda elə mərhələdəyik ki, bütün kartlar açıqdır. Ola bilsin ki, Azərbaycana qərar qəbul etmək üçün vaxt lazımdır. Biz bunu başa düşürük. Azərbaycanda "Şahdəniz"lə yanaşı, başqa yataqlar da olacaq və bu qazı ixrac etmək lazım gələcək. Ona görə də belə bir layihə Azərbaycanın Avropa bazarına daha çox qaz ixrac edə bilməsi üçün əlverişlidir. Biz yenə də düşünürük ki, Azərbaycanla enerji sahəsində düzgün əməkdaşlığımız var və inanırıq ki, bu əməkdaşlıq davam edəcək".
Avropa Qonşuluq Siyasətinin çərçivəsində Azərbaycana dair 2010-cu il üzrə illik hesabatı təqdim edən səfir bildirib ki, hesabatda pozitiv məqamlardan makroiqtisadiyyat və yoxsulluğa qarşı mübarizədə müəyyən tərəqqi qeyd olunur. Eyni zamanda Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində yaxşı əməkdaşlıq qeyd edilir. Həmçinin pozitiv aspektləridən Aİ və Azərbaycan arasında assosiativ saziş üzrə danışıqlarının başlanması, gender bərabərliyi sahəsində müəyyən tərəqqi və 2011-ci ildə korrupsiya qarşı tədbirlərin keçirilməsi qeyd olunub. R. Kobia Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün tərəqqiyə nail olmadığını qeyd edib. "Azərbaycanın ÜTT-yə üzv olması Avropanın azad ticarət zonasına daxil olmaq üçün bir şərtdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB