“Azərbaycan məhsullarının görünmə miqyası son 5 ildə 500 dəfə artıb” İİTKM-in icraçı direktoru

"Azexport" portalına bu vaxta qədər dəyəri 2 mlrd. ABŞ dollarından çox ixrac sifarişləri daxil olub. SİA xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) beşillik yubileyinə həsr olunmuş mətbuat konfransında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı deyib.

Mərkəzin icraçı direktoru vurğulayıb ki, Azərbaycan məhsulların görünmə miqyası son beş ildə "Azexport" portalı sayəsində 500 dəfə artıb. O, həmçinin qeyd edib ki, İİTKM yaradıldığı 5 il ərzində 50-yə yaxın strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlər mərkəz tərəfindən hazırlanıb.

Vüsal Qasımlı, hesabat dövründə "EcoLAB" iqtisadi təhlil laboratoriyası formalaşdırıldığını da diqqətə çatdırıb. Bildirib ki, burada Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SECO-nun dəstəyi ilə maliyyə proqramlaşdırılması, ümumi tarazlığı, xərclər-buraxılış, ORANİ, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə