Azərbaycan və Niderland iş adamları arasında işgüzar görüş keçirilib

Azərbaycan və Niderland iş adamları arasında işgüzar görüş keçirilib
Niderland kənd təsərrüfatı şirkətlərindən ibarət ticarət missiyasının Azərbaycana səfəri çərçivəsində mayın 24-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland İşgüzar görüşü keçirilib.


Tədbirdə Azərbaycan və Niderland tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi sahələrini təmsil edən 80-ə yaxın iş adamı iştirak edirdilər.


Tədbirdə çıxış edən \"AZPROM\"un prezidenti Adil Məmmədov iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib: \"Azərbaycannın kənd təsərrüfatı və ərzaq sənayesi sektorlarında investisiya qoyuluşu üçün geniş imkanlar var və Niderlanddan olan iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla fəliyyətlərini genişləndirə və yeni biznes qura bilərlər\".


Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Aryen Uyterlind iki ölkə arasında mövcud əlaqələrin genişlənməsində iş adamları arasındakı əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня