Azərbaycanın yüngül neftinin qiyməti İtaliyanın Auqusta limanı şərtləri ilə aprelin 13-də 63,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur. Bu barədə SİA məlumat verir.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,09 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...