Rusiyanın elektrik enerjisindən imtina...

Baltikyanı ölkələr, ilk dəfə olaraq, Rusiyadan elektrik enerjisi idxalından tamamilə imtina etdilər. SİA bu barədə “Kommersant” nəşrinə istinad edərək bildirir.

Qeyd edək ki, idxalın dayandırılmasına 2025-ci ilə qədər planlaşdırılan BRELL (Belarusiya, Rusiya, Estoniya, Latviya və Litva) enerji halqasında test edilərkən qərar verilib.

Beləliklə, Latviya 8 və 11 aprel tarixlərində Rusiyadan iki günlük elektrik enerjisi almağa son verib. Bundan əlavə, bu günlərdə Belarusiya ilə Litva arasında elektrik xətlərinin sınaq bağlantısı da kəsilib.

Bildirək ki, Litva ilə eyni vaxtda Latviyanın da sistem operatoru Rusiyadan gələn enerji axınını ləğv edib.

Maraqlıdır ki, Rusiyanın enerji şirkəti olan “İnter RAO” hazırda Baltikyanı ölkələrə elektrik enerjisi verməsini dayandırmadığını bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna parlamenti Rusiyanı Ukraynanın enerji sektorunu məhv etməkdə günahlandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə