Dünyada ərzaq qiymətləri artır

Bu gün koronavirus pandemiyasının dünyanı ağuşuna alması bütün ölkələrdəki iqtisadi böyüməni şikəst edib. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə, aclıq və qidalanma ilə bağlı narahatlıqlar baş qaldırmaqdadır. Bundan əlavə, insanlar təkcə yemək üçün daha çox pul ödəmək məcburiyyətində qalıblar. Maraqlıdır ki, qiyməti əvvəlki qiymətində qalan bəzi məhsullarda isə qıtlıq nəzərə çarpır.

Beləliklə, SİA müxtəlif mənbələrə istanad edərək dünyadakı iqtisadi çətinliklərlə bağlı bəzi ölkələrin yaşam tərzinə diqqət çəkəcək.

Hazırda bir çox mütəxəssislər dünyadakı qida qiymətlərinin ən uyğun olmayan vaxtda yüksəldiyini iddia edirlər. Məsələn, bu gün İndoneziyada lobya kəsmik tofu dekabr ayı ilə müqayisədə 30, Braziliyada isə yerli əhalinin əsas qida məhsulu olan qara fasulun qiyməti 54 faiz artıb. Rusiyalı istehlakçılarsa şəkər üçün bir il əvvəllə müqayisədə indi 61 faiz daha çox pul ödəyirlər. (Xatırladaq ki, SİA bir müddət əvvəl bununla bağlı yazı dərc etmişdi-A.B.)

Hazırda inkişaf etməkdə olan bazarlar da əmtəə qiymətlərindəki artımın təsirini hiss etməyə başlayıb. Buna görə də ABŞ, Kanada və Avropadakı istehlakçılar artan yükləmə və qablaşdırma xərclərinin təzyiqi altında bahalaşmanın öhdəsindən gəlmək üçün variantlar axtarırlar.

Bu gün insanların təkcə yemək üçün daha çox pul ödəməyə alışmalı olacaqlarnı bildirən Kanadadakı Dalxauzi Universitetinin əməkdaşı Silven Şarlebya vəziyyətin daha da pisləşəcəyini istisna etmir. Qida inflyasiyasının həmişə mənfi amil olduğunu bildirən mütəxəssis bunun yeni dalğasının xüsusilə çətin olacağını etiraf edib.

Yeri gəlmişkən bildirək ki, bu gün ABŞ-da, qidalanma problemi olan insanların sayı 13,2 milyon artaraq 2018-ci illə müqayisədə 35 faiz artıb.

Məsələn, Amerikanın “NielsenIQ” şirkəti bu ilin yanvarından başlayaraq ölkədə ikiqat inflyasiya ilə qiymətlərin təxminən 3 faiz artdığını bildirib. Əslində, belə kiçik bir böyümənin böyük problemlərlə yaşayan ailələr üçün həssas olduğunu bildirən amerikalı iqtisadçılar bu gün kasıb amerikalıların gəlirlərinin təxminən 36 faizini qidaya xərclədiklərini etiraf ediblər.

...Qiymətlərsə artmaqda davam edir. Bu arada dənli bitkilər, günəbaxan toxumu, soya paxlası və şəkər kimi əsas qidaların qiymətləri artmaqdadır. Maraqlıdır ki, bu qiymət artımının nə vaxtsa səngiyəcəyi barədə də hələ ki, heç kim zəmanət vermir. Məsələn, İngiltərədəki qida satışı sahəsində qiymət artımının davam edəcəyini bildirən şirkət rəhbəri Riçard Lim, bu tendensiyanın hələ ki, dayandırılacağını düşünmədiyini etiraf edib.

Qeyd edək ki, bu gün Şimali Amerikada da qida sənayesi çətinliklərlə üz-üzədir. Məsələn, burada nəqliyyat konteynerlərinin və yük maşını sürücülərinin çatışmazlığı qidanın bahalaşmasına əlavə stimul verib.

Maraqlıdır ki, son vaxtlar bəzi hökumətlər qiymət nəzarətindən daha çox özünəməxsusluğa diqqət yetirirməyə başlayıblar. Məsələn, Fransa soya idxalından asılılığı azaltmaq üçün yüksək zülallı bitkilərin məhsulunu artırmağı planlaşdırır. Sinqapur isə bu yaxınlarda laboratoriyada istehsal olunan ət satışına icazə verən dünyada üçüncü ölkə olub.

Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, bu gün bir çox ölkələr daha iddialı təşviq tədbirləri tapmağa çalışırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...