Rusiyada qeyri-ərzaq mallarının qiyməti artacaq

Rusiyada qeyri-ərzaq mallarının qiyməti artacaq

Rusiyada konteyner daşınması qiymətlərinin artması səbəbindən qeyri-ərzaq məhsullarının da qiymətlərinin artacağı ehtimal olunur.

SİA bu barədə Rusiyanın “İzvestiya” nəşrində yer alan ölkənin Pərakəndə Şirkətlər Birliyinin Sənaye və Ticarət Nazirliyinin məlumatına istinadən bildirir.

Qeyd edək ki, pərakəndəçilərin əksəriyyəti bunu Asiyada dəniz nəqliyyatı qiymətlərinin artması ilə əlaqələndirirlər. Məsələn, onlardan biri son 30 ildə belə bir çətinliklə qarşılaşmadığını etiraf edib.

Hazırda mütəxəssislər, geyim, ayaqqabı və oyuncaqlar üçün yaxınlaşan qiymət artımını 5 -10, məişət texnikası və elektronika üçün isə 10 -20 faiz kimi qiymətləndirirlər.

“Başlıca səbəb, dəniz nəqliyyatında bahalaşmanın, üstəlik, yanvar ayında qüvvəyə minən geyim və tekstil məhsullarının məcburi etiketlənməsidir”. Bu fikirləri paltar və aksesuar internet-mağazasının (Baon) prezidenti İlya Yaroşenko deyir.

Şirkət prezidentinin sözlərinə görə, Şanxaydan Uzaq Şərq limanlarına olan dəniz nəqliyyatı qiymətləri oktyabr ayı ilə müqayisədə beş dəfə artıb. Baltik limanlarında bu artım üç dəfədir. Bunlardan əlavə, fakt budur ki, pandemiya səbəbi ilə Avropadan ixrac azalıb.

Rusiyadakı “İnfranews” tədqiqat agentliyinin baş direktoru Aleksey Bezborodov dəniz yükdaşımalarında bahalaşmanı etiraf etsə də, burada əhalinin alıcılıq qabiliyyətinin də aşağı düşdüyünü etiraf edir.

Qeyri-ərzaq məhsullarının birjalarda satılmadığını, dəyərinin digər amillərlə müəyyən edildiyini bildirən baş direktor, digər tərəfdən, səlahiyyətlilərin hələ də çörək və şəkərdən fərqli olaraq geyim və smartfonların qiymətlərini izləmədiklərini bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə