“Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, artıq Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB