Rusiyada şəkər qıtlığı ilə bağlı xəbərdarlıq

Rusiyada şəkər qıtlığı ilə bağlı xəbərdarlıq

Bu ilin iyul-avqust aylarına qədər Rusiya alıcılar şəkər qıtlığı ilə qarşılaşa bilərlər. SİA bu barədə rus mətbuatında şəkər satan şirkətlərin işçilərinin rəyinə istinadən xəbər verir.

Məsələ bundadır ki, prezident Vladimir Putinin səkər istehsalçılarına göstərişi bu ölkədə şəkərin qiymətini dünya üzrə ən aşağı səviyyəyə salıb. Təbii ki, bu da şəkər satan şirkətləri qane etmir.

Maraqlıdır ki, dünyanın aparıcı media qurumları dünyada şəkərin qiymətinin artdığı barədə xəbərlər tirajlamağa başlayıblar. Məsələn, bu gün London birjasında bir ton şəkər 480 dollar dəyərindədir.

Hazırda Rusiyada nə qədər şəkər olduğu barədə məlumatsız olduğunu bildirən şirkət rəhbərlərindən biri gələcəkdə dünya bazarında şəkər qiymətinin necə dəyişəcəyi ilə bağlı qeyri-müəyyənlik olduğunu bildirib.

Digər bir şirkət rəhbəri isə Rusiya hökumətinin belə bir siyasətinin ölkədə şəkər çatışmazlığına səbəb ola biləcəyini istisna etməyib. Yaza qədər vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdıran şirkət rəhbəri kiloqramı 48 rubla başa gələn şəkərin 36 rubla satmaq niyyətində olmadıqlarını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə