2050-ci ilədək Brent markalı neftin qiyməti bir barel üçün 173 dollara qədər arta bilər. SİA bu barədə xəbəri ABŞ Enerji Nazirliyi yanında Məlumat İdarəsinin proqnozundan götürüb.
Məlumat idarəsi neft qiymətlərinin bu cür göstəricilərə müsbət bir ssenaridə çata biləcəyini istisna etməyib. Maraqlədər ki, elə bu vəziyyətdə də departament 2020-ci il üçün dolların məzənnəsini nəzərə alıb.
Analitiklərin fikrincə, mənfi ssenaridə neftin bir barelinin qiyməti 48 dollara düşə bilər. Eyni zamanda, real proqnoza görə, Brent markalı neftin qiyməti 95 dollar olacaq.
Amma bu da maraqlıdır ki, 2008-ci ildə Brent xam neftinin bir barel üçün qiymətin 143,9 dollara qalxdığını xatırladan bəzi analitiklər ehtimal olunan bir barel üçün 173 dolları da istisna etmirlər.
Qeyd edək ki, Amerika Enerji Nazirliyi analitiklərinin etirafına görə, onlar öz proqnozlarında OPEC və üzv olmayan dövlətlərin mümkün qərarlarını, həmçinin dünyada karbohidrogenlərə olan tələbi və neft bazarının tarazlığını rəhbər tuturdular.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB