Telefon bazarında Nokia-nın payı 18 faiz azalıb

Telefon bazarında Nokia-nın payı 18 faiz azalıb

2011-ci ilin birinci rübündə mobil telefonlar bazarında Nokia şirkətinin payı18 faiz azalaraq 25 faiz təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Gartner analitik şirkətinin növbəti hesabatında qeyd olunur.

Aparıcı mobil telefon istehsalçıları reytinqinin ikinci və üçüncü pillələrində bazardakı payları 2 faiz azalmış müvafiq olaraq Samsung və LG şirkətləri yer alıblar.

Hazırda sahənin 16,1 faizinə Samsung, 5,6 faizinə isə LG nəzarət edir.

Ümumilikdə dünya üzrə yanvar-mart ayları ərzində 427,8 milyon yeni mobil telefon satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin həmin dövründə bu göstərici 359,6 milyon olmuşdur. Belə ki, il ərzində mobil telefon bazarının həcmi 19 faiz artıb.


Bütün xəbərlər Facebook səhifəmizdə