News.Ru: Təcavüzkar Ermənistanın hərbi və iqtisadi çöküşü başlayıb - ANALİZ

İrəvanın düşdüyü yeni reallıqlar ölkənin bütün hərbi, sosial və iqtisadi potensialını məhv edir

Ermənistanın Qarabağdakı döyüşlərdə və siasi-diplomatik arenada ağır məğlubiyyətə uğraması eyni zamanda iqtisadi fəlakətlə müşayiət olunur. Rusiyanın nüfuzlu News.Ru İnformasiya Agentliyi “Avand” Mərkəzinin materialları əsasında İqor Nikifirovun analitik yazısını dərc edib. “Ermənistan iqtisadiyyatı niyə çökür” başlıqlı məqalədə bunun səbəblərinə aydınlıq gətirib. Məqalənin tərcüməsini oxucularımıza təqdim edirik.

Ermənistanda hərbi vəziyyətin elan edilməsi və 55 yaşınadək kişilərin hərbi xidmətə çağırılması səbəbindən tam səfərbərlik rejiminin tətbiqi, onsuz da aşağı demoqrafik göstəricilərə sahib olan ölkənin bir çox iqtisadi sektorunun fəaliyyətini məhdudlaşdırdı. Yerli iş adamları istehsal fəaliyyətlərini dayandırmağa məcbur olduqlarını söyləyirlər.

Orduya cəlb olunan mikro sahibkarlar tamamilə işdən uzaqlaşırlar və kiçik və orta sahibkarlar həm səfərbər olduqları, həm də işçilərin əksəriyyətinin səfərbər olduqları üçün məhsuldarlığın kəskin azaldığını görürlər. İri sahibkarlıq subyektləri də ümumi iqtisadi tənəzzülün mənfi təsirlərini yaşayır.

Pandemiyanın təsiri nəticəsində iqtisadi fəaliyyətdə ilin əvvəlində qeydə alınan göstəricilərlə müqayisədə avqustda 17,4% azalma baş verdi və bu, onsuz da böhranda olan Ermənistan iqtisadiyyatına ağır zərbə oldu. Buna əlavə olaraq Qarabağdakı ciddi itkilər və işçi qüvvəsinin real sektordan köçürülməsi bu tendensiyanın artmasına səbəb olacaqdır. Artıq erməni sahibkarların qarşılaşdıqları çətinliklərdən mediada açıq şəkildə bəyan etməyə başladıqları barədə məlumatlar yer alır.

Beləliklə, istehsal prosesinin tamamilə və ya qismən dayandırılması gəlir və mənfəətə ciddi mənfi təsir göstərir və noyabr ayında vergi ödəmələrində kəskin azalma gözlənilir. Bu da öz növbəsində Ermənistan büdcəsinin maliyyələşdirilməsinə mənfi təsir göstərəcəkdir. Beləliklə, Ermənistan Maliyyə Nazirliyinə görə, dövlət vergi gəlirləri ilə bağlı proqnozlar yerinə yetirilməyəcəkdir.

Erməni sahibkarların fikrincə, ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi olan sahələrdə əmək ehtiyatlarının fəaliyyətinin davam etdirilməsi vacib şərtlərdən biridir və nəzərə alınmalıdır ki, istehsalda böyük payı olan müəssisələrin, eləcə də strateji sahələrin işçi qüvvəsi öz fəaliyyətlərinə cəlb olunsun , beləliklə də döyüş bölgəsindəki iştirakla deyil, öz iş yerlərində dövlət üçün və ordu üçün böyük fayda versin.

Ermənistan təcavüzkar siyasəti ilə əlaqədar olaraq müvafiq yaşda olan bütün kişiləri döyüşə cəlb etdi. Müqayisə üçün qeyd etmək olar ki, İkinci Dünya Müharibəsi dövründə istehsalatda işləyən insanlar səfərbər edilməmiş və beləliklə hərbi əməliyyatların ölkə iqtisadiyyatına təsiri minimuma endirilmişdir.

Müharibə dövründə əhalisinin dörddə biri yoxsulluqdan əziyyət çəkən Ermənistan vətəndaşlarının maliyyə vəziyyətinin pisləşməsi (sosial ayırmaların, əmək haqlarının vaxtında ödənilməməsi səbəbindən) əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda tələbin azalmasına və nəticədə biznes sektorunun inkişafına ağır zərbə olacaqdır.

Bundan əlavə, ölkənin hərbi itkiləri və məğlubiyyətə yaxın olması əlavə mənbələrə ehtiyac duyur. Onsuz da fondlar yaratmaqla orduya kömək etmək üçün yoxsul əhalinin son qəpik-quruşlarını cəlb etmək Ermənistan vətəndaşlarının rifahını daha da pisləşdirib. Bu gün Ermənistan dövləti rasionallığını itirərək hər cür düşünülməmiş hərəkətlərə əl ataraq, bunların hamısının onlar üçün sonun başlanğıcı olduğunu hələ dərk etmir.

Ermənistanın sentyabr ayındakı son rəsmi statistikasına görə, 1213 pərakəndə satış obyekti yalnız koronavirusun təsiriylə bağlanıb, 5058 müvəqqəti olaraq dayandırılıb. Bu, ölkədə fəaliyyət göstərən bütün pərakəndə satış obyektlərinin təxminən 50% -ni təşkil edir. Bundan əlavə, inşaat sektorunda 23 müəssisə ləğv edilmiş, 231 müəssisə müvəqqəti dayandırılmışdır. 205 daşınmaz əmlak şirkətinin fəaliyyəti müvəqqəti dayandırılmış, onlardan 5-i ləğv edilmişdir. "Digər xidmətlər" göstərmə sahəsində fəaliyyət göstərən şirkətlər arasında 234 ləğv edilmiş və 1057 müvəqqəti fəaliyyətini dayandırmışdır. Peşə və elmi-texniki fəaliyyətlə məşğul olan 67 müəssisə ləğv edilmiş, 493 müəssisənin fəaliyyəti dayandırılmışdır. 39 inzibati və köməkçi şirkətin qeydiyyatı ləğv edilmiş və 449 belə şirkətin fəaliyyəti müvəqqəti dayandırılmışdır.

Döyüş əməliyyatlarının başlaması ilə yuxarıda göstərilən sahələrdə fəaliyyət göstərən bir çox əlavə obyekt bağlanıb. Bu vəziyyətdə, yüksək miqdarda (1000 nəfər əhaliyə 5-6 nəfər) xalis miqrasiya əmsalı (immiqrantların mühacirlərə nisbəti) olan bir ölkədə, iqtisadi vəziyyətin pisləşməsi səbəbindən əmək resurslarının xaricə axını artacaqdır.

Sosial problemlərin hücumuna tab gətirə bilməyən yerli sakinlərin son nəticədə dövlətə qarşı çıxmaları da mümkündür. Bəzi müəssisələr onsuz da müharibədən sonra dövlətdən təzminat tələb edəcəklərini iddia edirlər. Xüsusilə payız əkin mövsümündə xammal tədarük edən kənd təsərrüfatı sektorunda bir çox sahibkarın qarşılaşacağı məhdudiyyətlər Ermənistanda məhsuldarlığın aşağı düşməsinə səbəb olacaqdır.

Bu da öz növbəsində sahibkarlıq subyektlərinə mənfi təsir göstərəcək və ərzaq tədarükünü azaldacaqdır. Tələbin azalması bu məhsulun qiymətlərinin kəskin artacağını proqnozlaşdırmağa imkan verir. Ermənistan onsuz da ərzaq məhsullarının böyük hissəsini idxal edir və bu müddətdə məhdudiyyətlərlə üzləşir. Üstəlik, ölkənin aşağı daxili məhsuldarlıq göstərməsi yenidən proqnozlaşdırılan qida böhranının başlamasını sübut edir.

Ermənistan hökumətinin əhalisinin diqqətini ağır sosial-iqtisadi böhrandan yayındırmağa başladığı yeni müharibə ilə əlaqəli Ermənistanın itkiləri və Azərbaycanın güclü əks-hücum əməliyyatı onsuz da ciddi sosial-iqtisadi problemlərə və hərbi məğlubiyyətə əlavə edilib. İndi isə bu vəziyyətdən çıxmaq üçün Paşinyan xarici kreditlər, ianələr və yardımlara ümid edir. Xüsusilə Rusiya və Avrasiya İttifaqının dəstəyinə güvənir. Ancaq mövcud Ermənistan hökumətinin Rusiyaya qarşı mövqeyi, o cümlədən rus sahibkarlarına və sərmayələrinə təzyiq göstərməsi, Moskvanın gözlənilən dəstəyi verməyəcəyini təxmin etməyə imkan verir. Çünki heç kim etibarsız bir ölkənin yükünü çəkməkdə maraqlı deyil.

Tərcümə etdi

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...