Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedovun Rumıniyaya üç günlük səfəri zamanı enerji əməkdaşlığı ön plana çıxıb. SİA-nın xəbərinə görə, türkmən qazının Avropaya çatdırılması üçün yeni proyekt də gündəmə gəlib. Enerji xəttlərini növlərə ayırmaq istəyən Türkmənistan AGRİ layihəsinə də təbii qaz tədarükünü etmə siqnalını verib.
Dövlət başçısı Qurbanquli Berdimuhamedov 11-13 may tarixlərini əhatə edən Rumıniya ziyarətini başa vuraraq ölkəsinə dönüb. Rumıniyada səfəri çərçivəsində prezident Rumıniyanın dövlət başçısı Traian Basesku ilə enerjidən iqtisadiyyata, təhsildən mədəniyyətə qədər bir çox sahələr üzrə əməkdaşlıq məəslərini müzakirə ediblər.
Enerji əməkdaşlığın ön plana çıxdığı görüşdə türkmən qazının Avropaya çatdırılmasını nəzərdə tutan \"Nabucco\" və AGRİ (Azerbaijan - Georgia - Romanıya Interconnector) proyekti nəzərdən keçirilib. Türkmənistan AGRİ proyektinə də ilk dəfə maraq göstərib. Türkmənistan və Rumıniya dövlət başçıları mətbuata açıqlamalarında enerji sahəsində qarşılıqlı çıxara söykənən əməkdaşlıq etmək istədiklərini ifadə edərək türkmən qazının Avropaya, xüsusilə Rumıniya üçün üstünlüyü olan \"Nabucco\" və AGRİ proyektləri daxilində sövq edilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
Rumıniya ziyarəti daxilində bu ölkənin işadamları ilə naharda bir araya gələn Berdimuhamedov Türkmənistan Rumıniya ilə Azərbaycan və Gürcüstan üzərindən Cənub Qafqaz koridoru olduğunu ifadə edərək Xəzərin sahilindəki Türkmənbaşı limanı ilə Qaradənizin sahilindəki Köstence limanları arasında nəqliyyatı təmin edilə biləcəyini ifadə edib. Bu nəqliyyat koridoru ilə həm Avropa, həm də Asiyaya yük daşına biləcəyini ifadə edib.
Avropa Birliyi Türkmən qazının Avropaya çatdırılmasına böyük əhəmiyyət verməyə başladı. Avropa Komissiyasının başçısı José Manual Barroso yanvar ayında Azərbaycan və Türkmənistana ziyarət edib. Barrosonun Azərbaycandan sonra Türkmənistanı ziyarət etməsi Avropanın türkmən qazını Azərbaycan üzərindən Avropaya daşımaq istəyinin ciddiliyini qoruduğunu göstərib. Hələ də Rusiya, İran və Çinə təbii qaz satan Türkmənistan dünyada təbii qaz ehtiyat və istehsalı baxımından böyük əhəmiyyətə sahib bir ölkədir. Türkmənistanın 24, 6 trilyon kub metr təbii qaz və 20, 8 milyard ton neft ehtiyatı olduğu təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB