Əkin sahələrinin 50,6 faizi artıq şumlanıb

Əkin sahələrinin 50,6 faizi artıq şumlanıb

Azərbaycanda payızlıq əkin sahələrinin 50,6 faizi artıq şumlanıb. SİA "Aqroservis" ASC-nin yayımladığı məlumata əsasən xəbər verir ki, 61 rayon üzrə ümumilikdə 565 min 577 hektar sahədə şumlanma həyata keçirilib.
Məlumatda qeyd olunur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 715 hektar çoxdur. Bu il ümumilikdə 1 milyon 118 min 346 hektar sahədə şum aparılması proqnozlaşdırılır.
Qeyd edək ki, cari ildə həyata keçirilən şum prosesi zamanı fermerlərimiz 2 min 127 şum traktoru ilə təmin olunub ki, bunun 351 ədədini rayon bölmələri tərəfindən cəlb olunan texnikalar təşkil edir. Şum prosesinə əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub.
Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonlarındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə