Ermənistan parlamenti: Büdcə defisiti və dövlət borcları artıb, ÜDM azalıb

Ermənistan parlamenti: Büdcə defisiti və dövlət borcları artıb, ÜDM azalıb

Ermənistan parlamenti 2020-ci ilin büdcə layihəsinin icrası vəziyyıtini müzakirə edib. Müzakirlərdə ilin yekununa büdcədə defisit həcminin artacağı qeyd edilib. SİA parlamentin rəsmi saytına istinadən xəbər verir ki, iclasda büdcədə defisitin səviyyəsi ÜDM-in 7,4 faizə çatması bilidrilib. Cari ilin büdcəsində, ilin sonunda dövlət borcları 12,6 milyardlıq ümumdaxili məhsulun 67 faizinə çatacaq ki, erməni ekspertlərin fikrincə, bu, dünyada ən pis göstəricidir və iqtisadi böhranın xeyli dərinləşdiyini göstərir.

Ermənistan Nazirlər Kabineti ümumdaxili məhsulun daha 644,2 milyon dollar azalacağını gözləyir. ÜDM-in 6,8 faiz azalması, dövlət borcunun kəskin artması, mənfi tədiyyə balansının yüksəlməsi nəticəsində iqtisadi böhranın güclənməsini hökumət pandemiya ilə bağlamağa çalışsa da, müstəqil istisadçılar burada əsas səbəbin pandemiya olmadığını, iqtisadi geriləmənin uzun illərdir davam etdiyini qeyd edirlər.

Hazırda Ermənistanın idxali icracından 3 milyard dollar çoxdur ki (2 milyardlıq ixrac, 5 milyardlıq idxal), bu da ölkənin faktiki olacaq borcla yaşadığını və defolta doğru getdiyini aydın göstərir. Ölkədə sosial vəziyyətin getdikcə ağırlaşması parlamentdə bir çox deputatların sərt etiraz çıxışlarına səbəb olub. Deputatlar belə bir zəif iqtisadi güclə Qarabağda Ermənistan ordu korpusunun saxlanmasının və Azərbaycan ordusunun azadetmə əməliyyatlarına cavab verəcək imkanların olmadığını bildiriərək qeyd ediblər ki, dövlət hərbi əməliyyatların 1 ay belə davam etməsini təmin edəcək imkanlara malik deyil. Bu səbəbdən hökumətin Azərbaycanla sülh müqaviləsinə razı olmasını tələb ediblər.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə