Azərbaycanda bank sektorunun xalis mənfəəti açıqlanıb AMB

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda bank sektorunun xalis mənfəəti 437,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) SİA-ya verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azalma deməkdir.

Hesabat əsasən, faiz gəlirləri 1 267,7 mln. manat, faiz xərcləri 322,3 mln. manat, qeyri-faiz gəlirləri 425,8 mln. manat, qeyri-faiz xərcləri 752,5 mln. manat təşkil edib. Nəticədə, əməliyyat mənfəəti 576,3 mln. manat, vergilər ödənilənədək mənfəət isə 544,6 mln. manat həcmində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə