CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 42,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur. SİA xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə