Avropanın ən böyük iqtisadiyyata malik ölkəsi olan Almaniya rekord həddə borclanacaq. SİA xəbər verir ki, bu barədə “Reuters” ölkənin Maliyyə naziri Olaf Şoltsun açıqlamasına istinadla məlumat yayıb.

Qeyd olunur ki, 2021-ci ildə Berlin koronavirus pandemiyası ilə mübarizəyə 100 milyard avro sərf edəcək.
Alman iqtisadiyyatı 1970-ci illərdən ən pis tənəzzülü yaşayır. Hökumət əsasən məşğulluğu qorumaq üçün genişmiqyaslı dəstək proqramlarına başlamağa məcbur olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə