Məhsul və xidmətlərin qiyməti cüzi azalıb

2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymәtlәri indeksi 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә 102,9 faiz təşkil edib. SİA Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, müvafiq dövrdə әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә bu göstərici 105,3 faiz təşkil edib.

Qeyri-әrzaq malları üzrә istehlak qiymәtlәri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,3 faiz, әhaliyә göstәrilәn ödәnişli xidmәtlәr üzrә isə 101 faiz tәşkil edib.
Xatırladaq ki, 2020-ci ilin iyul ayı ilə müqayisədə avqust ayında istehlak qiymәtlәri indeksi 99,8 faiz tәşkil edib. Yəni, məhsul və xidmətlərin qiyməti ötən aya nisbətən 0,2 faiz azalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə