Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmalar azalıb

Dövlət Gömrük Komitəsi xətti ilə 2020-ci ilin yanvar-avqust aylarında büdcəyə daxilolmaların həcmi 2 milyard 645,3 milyon manat təşkil edib. SİA xəbər verir ki, büdcəyə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz azalıb.

Xatırladaq ki, 2020-ci ilin avqust ayı ərzində Dövlət Gömrül Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi 285 milyon 263 min manat təşkil edib ki, bu da 8 ay ərzində ən aşağı nəticədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə