Azərbaycan süd idxalını 21% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 11,6 min ABŞ dolları dəyərində 6,9 ton süd idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 min dollar (23,7%) və 1,2 ton (21,1%) çoxdur.

Xatırladaq ki, hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,2%-ni təşkil edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə