"Bakı Metropoliteni"nin dövlətə 5,5 milyon manat borcu var
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub. SİA xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin 5 milyon 470 min 231 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 8 sentyabr 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur. (banker.az)
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB