Qapalı şəraitdə ictimai iaşə obyektləri necə fəaliyyət göstərəcək? ÖZƏL - AÇIQLAMA

Qapalı şəraitdə ictimai iaşə obyektləri necə fəaliyyət göstərəcək? ÖZƏL - AÇIQLAMA

"İctimai iaşə müəssisələrinin (xüsusilə, kafe və restoranlar) fəaliyyətinə dair metodiki göstərişlər "koronavirusinfo.az" saytında təqdim edilib. Fəaliyyətə başlayacaq müəssisələrdə bu metodiki göstərişlər əsas götürüləcək". Bu sözləri SİA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 8-dən etibarən Azərbaycanda ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. Qapalı şəkildə fəaliyyət göstərəcək kafe və restoranlarda fəaliyyətin hansı formada həyata keçiriləcəyi ilə bağlı yeni metodiki göstərişlərin tətbiq edilib-edilməyəcəyi ilə əlaqədar məlumat verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, daha əvvəl müəyyən edilmiş metodiki qaydalar qapalı şəkildə fəaliyyətə başlayacaq ictimai iaşə obyektlərinə də aid edilir.

Onun sözlərinə görə, istənilən halda bu kimi, eləcə də digər məsələlərdə yeni qərar Operativ Qərargah tərəfindən veriləcək.

Belə ki, ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə aşağıdakılar aid edilir:

- İctimai iaşə müəssisələrində COVID-19 -a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və əks-epidemik tədbirlər barədə məlumatlandırılması;

- Müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi;

- Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması;

- Xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimləndirilməsi;

- Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxsin təyin edilməsi;

- Məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməsi;

- Sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması;

- Müəssisədə axar isti və soyuq su təchizatının təmin edilməsi;

Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;

Metodiki göstərişloər:

- Dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisə qurğularla təmin olunmalıdır

- Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;

- Yetərli sayda tibbi maskaların və əlcəklərin təmini;

- Istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması;

- Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;

- Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1m-dən az olmamalıdır və masalar arası məsafələr 2m-dən az olmalıdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə