Dəmir yolu nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb

Cari ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən SİA-a verilən məlumata əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 25 faiz azalma olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 313 vaqon yüklənib, 373 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,1 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...