Bank olmayan kredit təşkilatlarının sayı artır

Bank olmayan kredit təşkilatlarının sayı artır

2011-ci il aprel ayının 1-nə bank əməliyyatları aparmaq üçün 150 kredit təşkilatının lisenziyası olub. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunlardan 106-sı bank olmayan kredit təşkilatlarıdır.

1 aprel 2011-ci il tarixinə respublikada 44 bankın lisenziyası olub ki, onlardan 1-i dövlət, 43-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərib. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-ya bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı isə 123-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.

Bütün xəbərlər Facebook səhifəmizdə