Qlobal otel investisiyaları 30 milyard dollara çatacaq

Qlobal otel investisiyaları 30 milyard dollara çatacaq

Bütün dünyada reallaşan otel investisiyalarının 2009-cu ildə ən aşağı səviyyəyə enməsindən sonra bu sahədə inkişafın olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Jones Lang LaSalle Hotels" mətbu orqanı tərəfindən nəşr olunan hesabata görə qlobal otel investisiyaların həcmi 2011-ci ildə 30-40 faiz artacaq.

 

Hesabatda bazarlardakı vəziyyətin sektordakı alıcı və satıcıları motivasiya etdiyi və otel investisiya həcmlərinin 2011-ci ildə yüksəlməyə davam edərək 28-30 milyard dollara çatmasının gözlənildiyi ifadə edilib. Orta Şərq və Şimali Afrika ölkələrindən, xüsusilə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeşdən müsbət siqnallar gəldiyi ifadə olunub. Ekspertlər bu ölkələrdə digərləri ilə müqayisədə daha möhkəm siyasi sabitlik olduğunu, investisiya və inkişaf üçün dövlət dəstəyindən dəstək verildiyini qeyd edir. Qətərın 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi haqqı qazanmasının turizm sektoruna uzunmüddətli inkişaf vəd etdiyi deyilir.

 

Hesabatda həmçinin bəzi ölkələrdəki sabitsizliyin Orta Şərqə gələn beynəlxalq turist sayında azalmaya səbəb olduğu, lakin gələcəkdə dirçəlmənin olacağı bildirilib. "Deloitte" tərəfindən nəşr olunan başqa bir turizm hesabatına görə səyahət və turizm sektorlarındakı böyümə 2012-ci ildən etibarən sabitliyə qovuşacaq və illik inkişaf 4 faizə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə