Mayın 6-da Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək. SİA-nın Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədləri nazirliyə tam təqdim olunmuş, həmçinin əvvəlki imtahanlarda iştirak etmiş, lakin imtahandan keçməmiş şəxslər may ayının 5-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlamalıdır.
Qeyd edək ki, imtahan "Sığorta fəaliyyəti haqqında" qanunun müvafiq maddəsinin tələbinə, həmçinin "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları"na uyğun keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB